Havalandırma sistemləri, bir müəssisənin yaşayış keyfiyyətinin artırıla bilməsi üçün ən əhəmiyyətli faktorlardandır. Tənəffüs edilən hava nə qədər yaxşı olarsa insanların iş performansları və sağlam həyat standartları o cür yüksək olar.
İndiki vaxtda çox mərtəbəli ya da çox geniş sahələri əhatə edən tikililər inşa edilir. Bu tikililərin içərisində insanların rahat bir şəkildə hərəkət etməsi və içəridəki havanın təzəliyini qoruması üçün havalandırma sistemleri, layihələri tədbiq edilir. Bu layihələri tikinti sektorunda mexaniki layihələr arasında saya bilərik. Böyük ticarət mərkəzləri, anbarlar, çox mərtəbəli binalar üçün bu layihələr olduqca vacibdir.
İnsanlar, uzun müddət bir mühitdə qaldıqları zaman, tənəffüs yolu ilə içəridəki havaya Karbon qazı, tərləmə yolu ilə də nəm və bədənlərindən pis qoxulu toksinləri verir. Zaman keçdikcə hava ağırlaşır.Bundan başqa, əşya və materiallar da ətrafa qoxu yayaraq havanın ağırlaşmasına səbəb olur. Dünya Standartlarına görə, insanların olduğu mühitdə Karbon 3/10000 nisbətini keçməməlidir. Nəm isə 50 % səviyyələrində olması lazımdır.
— 3 Comments —